Misirdə arxeoloqlar Aralıq dənizinin dibində, İsgəndəriyyənin sualtı xarabalıqları arasında təxminən 2 min illik tunc möhür üzük aşkar ediblər.
Bizim.Media Publika.az-a istinadən xəbər verir ki, üzüyün üzərində antik dünyanın yeddi möcüzəsindən biri olan İsgəndəriyyə mayakının təsvirinin olduğu ehtimal edilir.
Misirin Ali Qədim Əsərlər Şurasının baş katibi Hişam əl-Litinin sözlərinə görə, üzərində qədim mayak təsviri olan möhür üzük indiyədək arxeoloqlar tərəfindən aşkar edilməyib.
Eramızdan əvvəl III əsrdə Faros adasında inşa edilən İsgəndəriyyə mayakının hündürlüyü 120-140 metrə çatıb. Tarixi abidə XIV əsrə qədər baş verən bir sıra zəlzələlər nəticəsində dağılıb.
Bizim.Media
Dənizin dibində 2 min illik üzük tapıldı

Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.





