Dünya · Konkret.az

ŞOK QƏRAR: Bütün əfqan həkimlər və tələbələr ölkədən QOVULUR | KONKRET

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ŞOK QƏRAR: Bütün əfqan həkimlər və tələbələr ölkədən QOVULUR | KONKRET xəbəri üçün şəkil

Pakistan hökuməti ölkədə ixtisaslaşmış tibbi hazırlıq keçən bütün əfqan həkimlərin, eləcə də tələbələrin oktyabrın 10-u saat 00:00-dək ölkəni tərk etməsi barədə sərəncam verib.

KONKRET.az xəbər verir ki, bu barədə Əfqanıstanın “TOLOnews” portalı məlumat yayıb.

Pakistan Baş nazirinin aparatı ixtisaslaşma keçən, tibb müəssisələrində çalışan və ya xüsusi praktika ilə məşğul olan bütün əfqan həkimlərin müəyyən edilmiş müddətədək ölkədən çıxmalı olduğunu bildirib.

İslamabadın qərarına əsasən, lazımi sənədləri olmayan, müvafiq tibb şurasında qeydiyyatdan keçməyən, yaxud ümumi təbabət və stomatologiya ixtisasları üzrə təhsilini artıq başa vuran tibb tələbələri də Əfqanıstana qayıtmalıdırlar.

Bununla belə, Pakistanın rəsmi dövlət təqaüdləri ilə təhsil alan əfqan tələbələr etibarlı vizaları, qanuni sənədləri və Pakistan Daxili İşlər Nazirliyinin icazəsi olduğu təqdirdə təhsillərini davam etdirə bilərlər.

Oktyabrın 7-də Pakistanın Tibb və Stomatologiya Şurası universitetlərdən üç iş günü ərzində əfqan tələbələrin pasport, viza və akademik statusları haqqında məlumatları təqdim etməyi tələb edib. Ali təhsil müəssisələrinə, həmçinin meyarlara cavab verən əfqan tələbələrin qeydiyyatını oktyabrın 15-dək başa çatdırmaq və hökumət direktivlərinə icra olunması barədə rəsmi təsdiq təqdim etmək tapşırılıb.

Bununla yanaşı, Pakistan hökuməti xüsusi sərəncamadək ölkənin tibb və digər ali təhsil müəssisələrinə yeni əfqan tələbələrin qəbulunu məhdudlaşdırıb, yalnız dövlət siyasəti çərçivəsində bəzi istisnalar nəzərdə tutub.

Rəsmi sənədlərdə bu qərarın dəqiq neçə əfqan həkim və tələbəyə şamil ediləcəyi açıqlanmır.\\musavat.com

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑