Dünya · Yeni Sabah

Prezidentinin toxunulmazlığı pozulub

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Prezidentinin toxunulmazlığı pozulub xəbəri üçün şəkil

Polşa prezidentinin Konstitusiya Tribunalının binasına daxil olmasına mane olmaq cəhdi onun toxunulmazlığının pozulmasıdır.

"Report" xəbər verir ki, bunu Polşa Prezidentinin mətbuat katibi Rafal Leşkeviç X sosial şəbəkəsində bildirib.

"Konstitusiya Tribunalının hakimi Matey Berek indicə cinayət əməlinin törədilməsini sənədləşdirib. Qəsbkarlar prezidentin Konstitusiya Tribunalına daxil olmasına mane olmağa çalışaraq onun toxunulmazlığını pozublar", – mətbuat katibi yazıb. Sezar pizza

Bundan əvvəl Berek prezidentin məhkəmə binasına daxil olmasına bir qrup kişinin mane olmağa çalışdığını əks etdirən video yayımlayıb. Kadrlarda prezident içəri keçməyə çalışarkən həmin şəxslərin onu saxladığı görünür.

Navrotskinin Aparat rəhbəri Pavel Şefernaker daha sonra prezidentin Konstitusiya Tribunalının binasına daxil olduğunu bildirib. Məlumata görə, onu Polşa Ali Məhkəməsinin birinci sədri Zbiqnev Klapinski müşayiət edib.

"Onet" portalı isə Navrotskinin Prezident Sarayında Konstitusiya Tribunalının sədri Boqdan Sventyçkovski ilə görüşdüyünü iddia edib. Sventyçkovski bundan əvvəl tutduğu vəzifədən müvəqqəti kənarlaşdırılıb. Bundan sonra məhkəmə binası qarşısında vəziyyət gərginləşib.


BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑