Ölkə.az xəbər verir ki, Vaşinqton ştatında qeydə alınan hadisə zamanı Boven Van işdən çıxarıldıqdan sonra yeni iş tapmaq üçün təzyiq altında olub.
Dərmanların yan təsirlərinin müsahibələr zamanı danışıq və düşünmə qabiliyyətinə mənfi təsir göstərdiyini düşünən qadın süni intellekt çatbotuna müraciət edib.
Məhkəməyə təqdim edilən iddiaya görə, “ChatGPT” Van üçün dərmanları mərhələli şəkildə dayandırmaq planı hazırlayıb və bu prosesi həkimlərindən gizli saxlamağı tövsiyə edib. Çatbotun ona “Artıq səni davam etdirmək üçün dərmana ehtiyacı olan biri deyilsən” kimi ifadələr yazdığı bildirilir.(Qafqazinfo)
Qadın bu məsləhətlərə əməl etdikdən sonra evində epileptik tutma keçirərək həyatını itirib.
Ailənin vəkili Metyu Berqman “OpenAI”ın məhsulunu tibbi məlumat mənbəyi kimi təqdim etdiyini və şirkətin verdiyi məlumatlara etibar etməyin məqsədəuyğun olduğunu bildirib.





