Dünya · Bizim.Media

Tramp: “ABŞ İranla münaqişənin həllinə tələsmir”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tramp: “ABŞ İranla münaqişənin həllinə tələsmir” xəbəri üçün şəkil

ABŞ Prezidenti Donald Tramp İranla münaqişənin həlli üzrə danışıqların davam etdiyini, lakin Vaşinqtonun bu prosesdə tələsmədiyini bildirib.

Bizim.Media xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Danışıqlar gedir, iranlılar danışmaq istəyirlər və bu prosesi davam etdirirlər. Açığı, biz tələsmirik”, – deyə ABŞ Prezidenti bildirib.

Tramp İranla qarşıdurmanı qeyri-adi münaqişə adlandıraraq, bunun ənənəvi müharibə olmadığını vurğulayıb.

Qeyd edək ki, son həftələrdə ABŞ Prezidenti İranla münaqişənin yaxın vaxtlarda başa çatacağına dair bir neçə dəfə açıqlama verib.

Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑