Dünya · Editor.az

Trampın “Nobel” arzusu xanımına nəsib ola bilər

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Trampın “Nobel” arzusu xanımına nəsib ola bilər xəbəri üçün şəkil

ABŞ-nin birinci xanımı Melaniya Trampın adı gələn il Nobel Sülh Mükafatına namizədlər sırasında yer ala bilər.

Oxu.Az Böyük Britaniyanın “Teleqraf” nəşrinə istinadən xəbər verir ki, buna səbəb onun Ukraynada humanitar yardımların həyata keçirilməsi istiqamətində göstərdiyi diplomatik cəhdlərdir.

Məlumata görə, M.Tramp Ukraynanın Xerson vilayətinin Oleşki şəhərində humanitar missiya ilə bağlı razılaşmanın əldə olunmasında mühüm rol oynayıb. Bu məqsədlə Rusiya və Ukrayna rəsmiləri ilə birbaşa təmaslar qurub.

Məqalədə qeyd olunur ki, həmin təşəbbüs Melaniya Trampın müharibə zamanı ukraynalı uşaqların ailələrinə qaytarılması istiqamətində əvvəlki səylərinin davamıdır.

“Prezident və onun müdafiə naziri Pit Heqset sərt ritorikaya və hərbi güc nümayişinə üstünlük versə də, birinci xanım səssiz şəkildə tamamilə fərqli istiqamətdə fəaliyyət göstərib. O, humanitar diplomatiya ilə məşğul olub. Bu mənada, Nobel Sülh Mükafatı kontekstində diqqətəlayiq şəxs Donald Tramp deyil, məhz Melaniya Trampdır” – deyə nəşrdə qeyd edilir.

Xatırladaq ki, Donald Tramp ikinci prezidentlik dönəmində Nobel Sülh Mükafatına layiq olduğunu dəfələrlə bəyan edib. O, bir sıra münaqişələrin başa çatmasında vacib rol oynadığını vurğulayıb. Mükafatın ona verilməməsini ABŞ üçün təhqir kimi qiymətləndirib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑