Dünya · Ölkə.az

Tramp İrana qarşı genişmiqyaslı əməliyyata başlaya bilər - “Axios”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tramp İrana qarşı genişmiqyaslı əməliyyata başlaya bilər - “Axios” xəbəri üçün şəkil

Ölkə.az xəbər verir ki, bu barədə “Axios” portalı administrasiyadakı mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ administrasiyasında İrana yenidən zərbələr endirilməsi ilə bağlı fikir ayrılığı var. Dövlət katibi Marko Rubio və Pentaqon rəhbəri Pit Heqset hərbi əməliyyatların bərpasını dəstəklədiyi halda, vitse-prezident Ceyms Devid Vens, eləcə də Stiv Uitkoff və Cared Kuşner Tehranla danışıqların yenidən başlamasının tərəfdarıdır.

Administrasiyadakı mənbələrdən biri bildirib ki, Respublikaçılar aralıq seçkilərdə məğlub olarsa, Tramp genişmiqyaslı hərbi əməliyyatlara başlamaq barədə əmr verməyə daha meyilli ola bilər. Ağ Evin nümayəndəsi isə seçkilərin nəticələrinin Trampın İranla bağlı qərarına təsir etməyəcəyini bildirib.

“Axios”un məlumatına görə, Qətər nümayəndələri ABŞ və İran nümayəndələri arasında birbaşa danışıqların bərpası istiqamətində Tehranda irəliləyişə nail olublar. Bu təmasların oktyabrın 31-də Dohada davam etdirilməsi planlaşdırılır.

Qeyd edək ki, ABŞ-da Konqresə aralıq seçkiləri noyabrın 3-də keçiriləcək.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑