Dünya · Globalinfo.az

Trampın İrana qarşı müharibəni bərpa etməsinə bu səbəb ola bilər

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Trampın İrana qarşı müharibəni bərpa etməsinə bu səbəb ola bilər xəbəri üçün şəkil

ABŞ Konqresinə aralıq seçkilərində Respublikaçılar Partiyasının məğlubiyyəti prezident Donald Trampı İrana qarşı genişmiqyaslı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər.

Globalinfo.az bildirir ki, bu barədə “Axios” portalı administrasiyadakı mənbəyə istinadən məlumat yayıb.

    Məlumata görə, ABŞ administrasiyasında İrana yenidən zərbələr endirilməsi ilə bağlı fikir ayrılığı var. Dövlət katibi Marko Rubio və Pentaqon rəhbəri Pit Heqset hərbi əməliyyatların bərpasını dəstəklədiyi halda, vitse-prezident Ceyms Devid Vens, eləcə də Stiv Uitkoff və Cared Kuşner Tehranla danışıqların yenidən başlamasının tərəfdarıdır.

    Administrasiyadakı mənbələrdən biri bildirib ki, Respublikaçılar aralıq seçkilərdə məğlub olarsa, Tramp genişmiqyaslı hərbi əməliyyatlara başlamaq barədə əmr verməyə daha meyilli ola bilər. Ağ Evin nümayəndəsi isə seçkilərin nəticələrinin Trampın İranla bağlı qərarına təsir etməyəcəyini bildirib.

    “Axios”un məlumatına görə, Qətər nümayəndələri ABŞ və İran nümayəndələri arasında birbaşa danışıqların bərpası istiqamətində Tehranda irəliləyişə nail olublar. Bu təmasların oktyabrın 31-də Dohada davam etdirilməsi planlaşdırılır.

    Qeyd edək ki, ABŞ-da Konqresə aralıq seçkiləri noyabrın 3-də keçiriləcək.(APA)

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑