Dünya · SİA

Hörmüz boğazı yaxınlığında daha bir neft tankerinə hücum edilib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Hörmüz boğazı yaxınlığında daha bir neft tankerinə hücum edilib xəbəri üçün şəkil

Hörmüz boğazından çıxan neft tankeri naməlum sursatla hücuma məruz qalıb.

SİA xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb.

Hadisə ilə əlaqədar bölgədə hərəkət edən gəmilərə ehtiyatlı olmaq tövsiyə edilib.

Qeyd edək ki, cümə axşamı İranın Fars körfəzindəki Lavan adasından 40 dəniz mili məsafədə daha bir ticarət gəmisi naməlum sursatla vurulub və nəticədə yanğın baş verib.

UKMTO-nun məlumatına görə, oktyabr ayında Hörmüz boğazında gəmilərə qarşı 30-dan çox hücum qeydə alınıb. Bu, ABŞ-İran münaqişəsinin başlanmasından bəri bir ay ərzində qeydə alınan ən yüksək göstəricidir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑