İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Mohsen Rezayinin bədən dili yenidən sosial mediada müzakirə mövzusu olub.
"Yeni Sabah" xəbər verir ki, Tehranda Pakistan Ordusunun Baş Qərargah rəisi Asim Muniri qəbul edən Rezayinin soyuq duruşu diqqətdən yayınmayıb.
O, feldmarşal Munirə əl uzatmayıb, üstəlik, bədənini şax tutub və üzündə qonaqpərvərliyə sübut olacaq təbəssümə əsla yer verməyib. Dominos pizza
Sosial mediada bu davranış əvvəlki qarşılamalarla müqayisə olunub.
M.Rezayi bundan əvvəl Rusiya XİN rəhbəri Sergey Lavrovu qarşılayıb və qonapərvərliyə xas səmimi rəftar göstərib. Lakin daha əvvəl Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevə könülsüz əl uzadıb və üzündəki gərginlik açıq hiss olunub.
Bəziləri bu davranışı keçmiş "Sepah" zabitinin müharibə illərində aldığı yaralarla əlaqləndirir. Şura katibi 8 illik müharibə zamanı avtomobil qəzasında əlindən xəsarət alıb. Digər bir hadisə zamanı MEK ("Mocahedin-e Xəlq") terrorçularının sui-qəsdinə məruz qalan M.Rezayinin yenidən əli yaralanıb.
Əziz Rzazadə



