Dünya · Modern.az

Tramp Putindən amerikalı muzdlunu buraxmağı xahiş etdi - O kimdir?

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tramp Putindən amerikalı muzdlunu buraxmağı xahiş etdi - O kimdir?
Tramp Putindən amerikalı muzdlunu buraxmağı xahiş etdi - O kimdir?

ABŞ Prezidenti Donald Tramp Rusiyanın dövlət başçısı Vladimir Putindən 2024-cü ildə Rusiyada muzdlu döyüşçülük ittihamı ilə məhkum olunmuş ABŞ vətəndaşı Stiven Habbarın azad olunmasını xahiş edib.

Modern.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

ABŞ lideri rusiyalı həmkarı ilə Habbarın vəziyyətini ətraflı müzakirə etdiyini qeyd edib.

“Habbarın azad edilməsini xahiş etdim. Görək, nə baş verəcək”, – deyə Tramp bildirib.

Ağ Ev rəhbəri amerikalının vətəninə qayıtmasını istədiyini vurğulayıb.

Stiven Habbar kimdir?

2024-cü ilin sentyabrında Moskva Şəhər Məhkəməsində ABŞ vətəndaşı, muzdlu döyüşçülükdə ittiham olunan şəxsin işi üzrə məhkəmə prosesi keçirilib. Miçiqan ştatından olan Stiven Habbar təqaüdçüdür.

Amerikalı 2014-cü ildə Ukraynaya gedib və orada qalıb. Onun həmin ölkədə münasibətdə olduğu qadın yaşayıb, lakin sonradan qadın onu tərk edib.

Rusiya Silahlı Qüvvələrinə qarşı Ukrayna tərəfində döyüşmüş 72 yaşlı Stiven Habbar təqsirini etiraf edib. O, muzdlu döyüşçü olduğunu və irəli sürülən ittihamla razılaşdığını bildirib.

Habbar Ukrayna ordusunun tərkibində döyüş əməliyyatlarında iştirakına görə ayda 1000 dollar məvacib alıb.

İstintaqın məlumatına görə, o, 2022-ci ilin fevralında İzüm şəhərinin ərazi müdafiə batalyonu ilə müqavilə bağlayıb. Hərbi hazırlıq keçdikdən sonra ona silah və hərbi geyim verilib. Həmin ilin aprelində Habbar Rusiya tərəfinə əsir düşüb.

2024-cü ilin oktyabrında Moskva Şəhər Məhkəməsi onu 6 il 10 ay müddətinə azadlıqdan məhrum edib. Xarici ölkə vətəndaşı cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkir. Habbarın 2022-ci il aprelin 2-dən həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilib.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑