Dünya · Globalinfo.az

Pezeşkian ABŞ-a şərt qoydu – Sanksiyalar ləğv edilməsə…

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Pezeşkian ABŞ-a şərt qoydu – Sanksiyalar ləğv edilməsə… xəbəri üçün şəkil

“ABŞ İranla dialoqu bərpa etmək istəyirsə, Tehrana qarşı tətbiq etdiyi sanksiyaları ləğv etməli və təhdidlərə son qoymalıdır”.

Globalinfo.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Pakistan ordusunun komandanı Asim Munirlə görüşü zamanı deyib.

“Əgər ABŞ həqiqətən danışıqlar aparmağa və razılığa gəlməyə çalışırsa, onun hazırkı davranışı məntiqsizdir və öz bəyanatları ilə tamamilə ziddiyyət təşkil edir”, – deyə Pezeşkian bildirib.

O əlavə edib ki, hazırda İran xalqı ABŞ-a etibar etmir və Vaşinqtonun istənilən an hərbi əməliyyatları bərpa edə biləcəyini düşünür.

Pezeşkianın sözlərinə görə, Vaşinqton həqiqətən İranla danışıqlar aparmaq istəyirsə, səmimiliyini sübut etməlidir.

Əliyar Xəlil
Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑