Dünya · Yeni Sabah

Çində zəlzələ: Xəsarət alanların sayı artır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Çində zəlzələ: Xəsarət alanların sayı artır xəbəri üçün şəkil

Çinin cənub-qərbində yerləşən Tibet Muxtar Rayonunda baş verən 7 maqnitudalı zəlzələ nəticəsində xəsarət alanların sayı 65 nəfərə çatıb.

"Yeni Sabah" Xinhua-ya istinadla xəbər verir ki, Çin Xalq Respublikasının Sədri Si Cinpin axtarış-xilasetmə əməliyyatlarının və zərərçəkənlərə yardımın sürətləndirilməsinə, humanitar yardımın operativ şəkildə bölüşdürülməsinə və insanların təhlükəsiz ərazilərə köçürülməsinin təmin edilməsinə çağırıb.

O, seysmik vəziyyətin və hava şəraitinin nəzərə alınmasının, mümkün fəsadların qarşısının alınmasının və zədələnmiş infrastrukturun bərpasının vacibliyini vurğulayıb. Toyuqlu pizza

Xatırladaq ki, yeraltı təkanlar 16 nəfərin ölümünə səbəb olub.

 


BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑