Avropa Birliyində qış yaxınlaşdıqca etiraz dalğasının daha da güclənəcəyi gözlənilir və bunun üçün bütün obyektiv səbəblər mövcuddur.
Adalet.az xəbər verir ki, bu barədə “Politiko” nəşri yazıb.
“Yalnız Fransada vəziyyət gərgin deyil. Payız və qış aylarında Avropa Birliyinin müxtəlif ölkələrində ciddi iğtişaşlar dövrü başlayır. Bir çox ölkədə yaşayış xərclərinin və yanacağın qiymətinin artması gənclər arasında narazılığın getdikcə güclənməsi ilə üst-üstə düşür”, — deyə nəşr qeyd edib.
Bildirilir ki, qarşıdakı doqquz ay ərzində AB-nin aparıcı ölkələrində bir sıra parlament və prezident seçkiləri keçiriləcək. Bu seçkilərə cari ilin noyabrında İspaniyada keçiriləcək seçkilərlə start veriləcək.
Nəşrin fikrincə, seçkilər yaxınlaşdıqca küçə etirazları daha da güclənəcək və eyni zamanda seçkilərə hazırlıq prosesini çətinləşdirəcək.




