Dünya · Globalinfo.az

Avropanın danışıqlar aparacaq mümkün namizədləri açıqlandı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Avropanın danışıqlar aparacaq mümkün namizədləri açıqlandı xəbəri üçün şəkil

Avropanı təmsil edərək Ukrayna məsələsi ilə bağlı Rusiya ilə danışıqlar aparmaq üçün beş liderin namizədliyi nəzərdən keçirilir.

Globalinfo.az APA-ya istinadən bildirir ki, namizədlər arasında İtaliyanın Baş naziri Ciorcia Meloni, Finlandiya prezidenti Aleksandr Stubb, Çexiya prezidenti Petr Pavel, Norveçin Baş naziri Yonas Qar Störe və Danimarkanın Baş naziri Mette Frederiksen var.

Qəzetin məlumatına görə, Avropa Şurasının prezidenti Antonio Koşta bu yaxınlarda Brüsseldə keçirilən görüşdə danışıqlar aparmaq təklifindən imtina edib.

Nəşr qeyd edir ki, son aylarda Avropa paytaxtlarında Rusiya ilə dialoqun zəruriliyi barədə müzakirələr intensivləşib. Avropa liderləri ABŞ prezidenti Donald Trampın onların maraqlarını təmsil etmədiyini düşünürlər.

Qəzetin mənbələrindən biri bildirib ki, Avropa əvvəlcə Rusiya ilə danışıqların aparılmasının zəruriliyi barədə ümumi razılığa gəlməlidir. Daha sonra isə Avropanın danışıqlardakı mövqeyi müəyyənləşdirilməlidir.

Digər mənbənin sözlərinə görə, ölkələr arasında rəqabətin və namizədlərdən hər hansı birinə veto qoyulması riskinin qarşısını almaq üçün Rusiya ilə danışıqlarda bir qrup liderin təmsil olunması ehtimalı daha yüksəkdir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑