Bakının Nərimanov rayonu, Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişməsində yük avtomobilinin qəzaya uğraması səbəbindən yaranan məhdudiyyət aradan qaldırılıb.
Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Qeyd edək ki, qəza səbəbindən metronun “Koroğlu” stansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılmışdı.
***23:14
Nərimanov rayonu, Ziya Bünyadov prospekti, Atatürk prospekti ilə kəsişmədə yük avtomobili qəzaya uğrayıb.
Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Bildirilib ki, qəza səbəbindən metronun “Koroğlu” stansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Hazırda polis əməkdaşları yük avtomobillərinin kənarlaşdırılması və hərəkətin bərpa olunması məqsədilə zəruri tədbirləri görür.



.jpg)

