Hadisə · Axar.az

Hüzr yerinə tələsən şəxslər qəzaya düşdülər

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Hüzr yerinə tələsən şəxslər qəzaya düşdülər xəbəri üçün şəkil

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Xatınlı kəndində qeydə alınıb.

"VAZ 21011" markalı avtomobillə "Opel" markalı maşın toqquşub. İlkin məlumata görə, hadisə zamanı üç nəfər xəsarət alıb. Yaralılar - Lətifə Əhmədova (1985), Daşdəmir Nəsirov (1998) və Xəqani Əhmədov (1979) Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların vəziyyəti ağır qiymətləndirilir. Qəza yerinə polis əməkdaşları cəlb olunub.

Qeyd olunur ki, qəzaya uğrayan şəxslər hüzr yerinə gedirlərmiş.

Faktla bağlı araşdırma başlanılıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑