Tovuzda yol qəzası baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Xatınlı kəndində qeydə alınıb.
“VAZ 21011” markalı avtomobillə “Opel” markalı maşın toqquşub.
İlkin məlumata görə, hadisədə üç nəfər xəsarət alıb. Onlar Əhmədova Lətifə (1985), Nəsirov Daşdəmir (1998) və Əhmədov Xəqanidir (1979).
Yaralılar Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Onların vəziyyəti ağır qiymətləndirilir. Qəza yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb.
Yunis Quliyev






.jpg)
