Hadisə · Trend.az

Sumqayıtda minik avtomobili yanıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Sumqayıtda minik avtomobili yanıb xəbəri üçün şəkil

Bakı. Trend:

Sumqayıtda minik avtomobilində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildirilib ki, hadisə ilə bağlı FHN-in “112” qaynar telefon xəttinə şəhərin Nəriman Nərimanov küçəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin həyata keçirdikləri zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində vətəndaşa məxsus “Nissan” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑