Dünya · Yeni Çağ

Tramp Rusiyadan milyonlarla ton dizel alır - Yeni Çağ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tramp Rusiyadan milyonlarla ton dizel alır - Yeni Çağ xəbəri üçün şəkil

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə telefon danışığından sonra Rusiyanın dizel yanacağının Amerika və qlobal bazarlara genişmiqyaslı tədarükü ilə bağlı razılığa gəlindiyini açıqlayıb.

Yenicag.az xəbər verir ki, Ağ ev rəhbəri bu barədə “Truth Social” sosial şəbəkəsində yazıb və baş tutan danışığı “çox uğurlu” adlandırıb.

Trampın sözlərinə görə, Rusiya dərhal 300 min tondan çox dizel yanacağı, noyabrda daha 500 min ton, bundan sonra isə əlavə 1 milyon ton tədarük edəcək.

“Bundan əlavə, Rusiyanın neft emalı zavodlarının vəziyyətini nəzərə alaraq, qısa müddət ərzində daha 3 milyon ton dizel yanacağı tədarük ediləcək”, – ABŞ Prezidenti yazıb.

Tramp əminliyini ifadə edib ki, bu tədarüklər, eləcə də ABŞ-nin Hörmüz boğazı üzərində tam nəzarəti ələ keçirməsi ilə bağlı səsləndirdiyi bəyanat ABŞ-da və bütün dünyada dizel yanacağının qiymətlərinin sürətlə və əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxaracaq.

O vurğulayıb ki, amerikalılar, xüsusilə fermerlər, ranço sahibləri və yük maşını sürücüləri üçün yanacağın qiymətinin aşağı salınması onun əsas prioritetlərindən biridir.

“Bu, çox vacib və əhəmiyyətli açıqlamadır. Bundan əlavə, İranın nüvə silahına malik olmayacağını da başa düşmək lazımdır”, – Tramp fikrini yekunlaşdırıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑