Rusiya ABŞ və qlobal bazarlara neft və neft məhsulları tədarük etməyə hazırdır.
Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla telefon danışığından sonra deyib.
Putinin sözlərinə görə, Rusiya neftinin Amerika bazarına çıxması bütün qlobal iqtisadiyyata müsbət təsir göstərəcək.
Rusiya lideri əlavə edib ki, Trampla telefon danışığı zamanı Ukrayna böhranının həlli perspektivlərinə böyük diqqət yetirilib.
Qeyd edək ki, daha öncə Tramp rusiyalı həmkarı ilə dizel yanacağının tədarükü ilə bağlı razılıq əldə etdiyini bəyan edib. Bundan sonra isə ABŞ Maliyyə Nazirliyi Rusiyaya dizel ixracı ilə bağlı növbəti ilin aprelin 7-dək sanksiyaların aradan qaldırıldığını bəyan edib.






