Ölkə.az Oxu.Az istinadən xəbər verir ki, bu barədə "Canal N" telekanalı məlumat yayıb.
Məlumata görə, Panamanın Milli Mülki Müdafiə Sistemi və xilasetmə xidmətləri zəlzələnin mümkün fəsadlarını qiymətləndirmək üçün müşahidə tədbirlərinə başlayıblar. Yoxlamalar episentrə yaxın ərazilərdə, eləcə də Los-Santos, Errera və Veraguas əyalətlərinin bəzi hissələrində aparılır.
Yeraltı təkanlar əhali arasında təşvişə səbəb olub. Zəlzələ paytaxt da daxil olmaqla, ölkənin müxtəlif bölgələrində güclü hiss edilib.
Bundan başqa, Panama Təhsil Nazirliyi oktyabrın 9-da ölkənin bütün təhsil müəssisələrində ikinci növbədə dərsləri dayandırıb. Bu barədə qurum sosial şəbəkə hesabında məlumat yayıb.
Nazirlik vətəndaşları sakitliyi qorumağa, yalnız rəsmi mənbələrdən məlumat almağa və təsdiqlənməmiş məlumatları yaymaqdan çəkinməyə çağırıb.
Qeyd edək ki, Panamada 7.6 maqnitudalı zəlzələ qeydə alınıb.






