Dünya · Trend.az

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tramp Zelenskinin tənqidlərinə cavab verib xəbəri üçün şəkil

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya ilə neft razılaşmasının müharibəni uzadacağı barədə tənqidlərinə münasibət bildirib.

Jurnalist Trampdan Zelenskinin bu razılaşmanı zəif addım kimi qiymətləndirməsinə münasibətini soruşub.

“Biz güclü tərəfdaşıq. Dünyanın neftə ehtiyacı var. Buna görə də dizel yanacağı əldə etməkdən çox məmnunuq”, – deyə ABŞ Prezidenti cavab verib.

O, razılaşmaya görə Rusiya Prezidenti Vladimir Putinə təşəkkür edib.

“Rusiya ilə bağlanmış neft sazişi çox əhəmiyyətlidir. Bu, ölkəmizə külli miqdarda neftin daxil olması deməkdir”,- deyə Tramp vurğulayıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑