Dünya · Teleqraf

Rusiya Aİ-ni Fransadakı etirazlara susmaqda ittiham edib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rusiya Aİ-ni Fransadakı etirazlara susmaqda ittiham edib xəbəri üçün şəkil

BAKI, 10 oktyabr. TELEQRAF

Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov Avropa İttifaqını (Aİ) Fransada məktəblilərin etiraz aksiyalarına polisin sərt müdaxiləsinə münasibət bildirməməkdə ittiham edib.

Teleqraf xəbər verir ki, rusiyalı diplomat bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.

“Aİ Fransada polis zorakılığına reaksiya vermir”, – Ulyanov bildirib.

Diplomat oxşar hadisələrin Rusiyada baş verəcəyi təqdirdə Avropa İttifaqının necə reaksiya verəcəyini təsəvvür etməyi təklif edib.

Qeyd edək ki, Fransada bir neçə həftədir yuxarı sinif şagirdlərinin kütləvi etiraz aksiyaları keçirilir. Məktəblilər dərs cədvəllərinin həddindən artıq yüklənməsindən, müəllim çatışmazlığından və təhsil sistemindəki digər problemlərdən narazılıqlarını bildirirlər.

Bəzi aksiyalar iğtişaşlarla müşayiət olunub. Parisdə polis nümayişçilərə qarşı gözyaşardıcı qaz və səs qumbaralarından istifadə edib.

RT-nin mənbəsinə görə, oktyabrın 8-də Fransada keçirilən etiraz aksiyalarında 130 mindən çox insan iştirak edib.

Fransa Daxili İşlər Nazirliyinin məlumatına əsasən, ölkə üzrə 500-dən çox şəxs saxlanılıb.

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) da Fransada baş verən hadisələrə münasibət bildirərək hakimiyyəti zorakılığın səviyyəsini azaltmağa və etiraz aksiyaları zamanı yetkinlik yaşına çatmayanların təhlükəsizliyini təmin etməyə çağırıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑