Dünya · Teleqraf

Putinlə Trampın telefon danışığının necə təşkil olunduğu açıqlanıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Putinlə Trampın telefon danışığının necə təşkil olunduğu açıqlanıb xəbəri üçün şəkil

BAKI, 10 oktyabr. TELEQRAF

Kreml Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında oktyabrın 9-da baş tutan telefon danışığının hazırlanmasının təfərrüatlarını açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə məlumat verib.

Onun sözlərinə görə, iki ölkə lideri arasında telefon danışığının təşkili ilə bağlı hazırlıqlara oktyabrın 7-də başlanılıb.

“Rusiya və ABŞ prezidentlərinin telefon danışığı adlanan prosesin necə hazırlandığının bəzi təfərrüatlarını sizinlə bölüşmək istəyirəm”, – Uşakov brifinqdə bildirib.

Kreml rəsmisi qeyd edib ki, oktyabrın 7-də ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla telefon əlaqəsi saxlayıb. Uitkoff həmin söhbət zamanı Trampın Putinə ad günü münasibətilə təbrikini çatdırıb.

“Stiv Uitkoff həmçinin bildirdi ki, ABŞ Prezidenti Vladimir Putini şəxsən telefonla təbrik etmək istəyir. Bundan sonra biz iki prezidentin iş qrafikində münasib vaxt axtarmağa başladıq”, – Uşakov deyib.

Onun sözlərinə görə, danışığın vaxtı müəyyənləşdirilərkən Moskva ilə Vaşinqton arasındakı saat fərqi, eləcə də Putinin oktyabrın 8-də səhər saatlarında Türkmənistanda keçirilən MDB sammitinə yola düşməsi nəzərə alınıb.

“Nəhayət, belə qənaətə gəldik ki, telefon danışığı üçün ən münasib vaxt prezidentimizin Türkmənistan səfərindən qayıtmasından dərhal sonradır”, – Rusiya Prezidentinin köməkçisi vurğulayıb.

Beləliklə, iki lider arasında telefon danışığı oktyabrın 9-da baş tutub.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑