Dünya · Yeni Çağ

Tramp respublikaçıların seçkilərdə məğlubiyyətində İranla müharibənin rolunu etiraf etdi - Yeni Çağ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tramp respublikaçıların seçkilərdə məğlubiyyətində İranla müharibənin rolunu etiraf etdi - Yeni Çağ xəbəri üçün şəkil

ABŞ Prezidenti Donald Tramp ölkədə keçirilən aralıq seçkilərdə respublikaçıların məğlubiyyətində İrana qarşı hərbi əməliyyatın və bunun ardınca yanacağın bahalaşmasının əsas rol oynadığını etiraf edib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, o, bu barədə Ağ Evin qarşısında jurnalistlərə açıqlamasında bildirib.

Vitse-prezident Cey Di Vensin respublikaçıların məğlubiyyətində İranla müharibənin rol oynadığı barədə fikrini bölüşüb-bölüşməməsi ilə bağlı suala Tramp bunun əsasən doğru olduğunu deyib. Onun sözlərinə görə, hərbi əməliyyat qısamüddətli perspektivdə benzinin qiymətinin artmasına səbəb olub.

Bununla belə, Tramp İranla bağlı qəbul etdiyi qərarlara görə peşman olmadığını vurğulayıb. O, eyni vəziyyət təkrarlansa, yenə də eyni addımları atacağını bildirib və İranın nüvə silahına sahib olmasına imkan verilməməli olduğunu qeyd edib.

 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑