Dünya · Yeni Çağ

Tarixin ilk trilyonçusu titulunu yenə itirdi - Yeni Çağ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tarixin ilk trilyonçusu titulunu yenə itirdi - Yeni Çağ xəbəri üçün şəkil

Amerikalı sahibkar İlon Mask yenidən trilyonçu statusunu itirib.

Yenicag.az xəbər verir ki, bu barədə “Forbes” nəşri məlumat yayıb.

Hazırda Maskın sərvəti 982.9 milyard dollar təşkil edir. “SpaceX” şirkətinin səhmlərinin 3%-dən çox ucuzlaşması nəticəsində onun sərvəti təxminən 26.3 milyard dollar azalıb. Bu, Maskın trilyonçu statusunu bərpa etməsindən cəmi dörd gün sonra baş verib.

Mask ilk dəfə iyunun ortalarında “SpaceX” şirkətinin ilkin kütləvi səhm təklifindən (IPO) sonra trilyonçu olub. Həmin vaxt “Forbes” onun sərvətini 1.1 trilyon dollar qiymətləndirib. Lakin iki həftə sonra Mask yenidən milyarder statusuna qayıdıb.

İkinci dəfə iyunun 29-da trilyonçu statusu qazanan Mask bu mövqedə uzun müddət qala bilməyib. Artıq iyulun 1-də onun sərvəti 1 trilyon dollardan aşağı düşüb.

İlon Mask sonuncu dəfə oktyabrın 9-da trilyonçu statusuna yüksəlib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑