Dünya · Anews.az

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb xəbəri üçün şəkil

Böyük Britaniyanın İrandakı səfiri Hüqo Şorter Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

IRIB xəbər verir ki, buna səbəb Londonun “RAF Fairford” aviabazası ətrafında baş verdiyi iddia olunan insidentlə bağlı İranı ittiham etməsidir.

İran XİN-in yaydığı məlumatda bildirilib ki, səfirə Londonun ittihamları ilə bağlı Tehranın etirazı çatdırılıb.

XİN-in Qərbi Avropa idarəsinin baş direktoru Əlirza Yusifi Böyük Britaniyanın İrana qarşı irəli sürdüyü iddianı rədd edib.

İran XİN bir gün əvvəl məsələ ilə bağlı bəyanat yayıb. İranın Böyük Britaniyadakı səfiri Seyid Əli Musəvi də oktyabrın 12-də krallığın Yaxın Şərq, Şimali Afrika, Əfqanıstan və Pakistan üzrə dövlət naziri Stiven Douti ilə görüşündə Tehranın “Fairford” aviabazası ətrafında baş vermiş insidentlə əlaqəsinin olmadığını bildirib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑