BAKI, 13 oktyabr. TELEQRAF
İlon Maskın "SpaceX"-in səhmlərinin ucuzlaşması səbəbindən xalis sərvəti təxminən 28,6 milyard dollar azalaraq 1 trilyon dollardan aşağı düşüb.
Teleqraf xəbər verir ki, bu barədə "Forbes" jurnalı məlumat yayıb.
Hazırda onun sərvəti 977,2 milyard dollar olaraq qiymətləndirilir.
12 iyunda Mask "SpaceX"in Nasdaq birjasındakı mövqeyindən sonra dünyanın ilk trilyoneri olub. Lakin bir neçə gün sonra "SpaceX" və "Tesla"nın səhmlərinin düşməsi səbəbindən bu statusunu itirib. 5 oktyabrda "Tesla" və "SpaceX"in səhm qiymətlərinin artması fonunda onun xalis sərvəti yenidən 1 trilyon dolları keçmişdi.





