Dünya · Azxeber.com

'MS Now': Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
'MS Now': Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib xəbəri üçün şəkil
Ağ Evdə ABŞ Prezidentinin yeni mətbuat katibi Keti Zakariyanın ilk brifinqindən narazı qalıblar və onun tezliklə işdən çıxarıla biləcəyini mümkün hesab ediblər.
"MS Now" telekanalı xəbər verir ki, bu barədə Amerika administrasiyasının nümayəndəsi bildirib.
"Tribuna arxasında çıxış etmək asan deyil. Amma o, uğursuz başlayıb. İşini tez və əhəmiyyətli dərəcədə yaxşılaşdırmalıdır, əks halda Skaramuççinin rekordunu qıracaq", - telekanalın həmsöhbəti bildirib.
Söhbət 2017-ci ilin iyulunda Ağ Evin kommunikasiyalar üzrə direktoru postuna təyin olunduqdan cəmi 10 gün sonra işdən çıxarılan Entoni Skaramuççidən gedir.
Zakariyanın ilk brifinqi təxminən 14 dəqiqə davam edib. Bu zaman giriş bəyanatı təxminən səkkiz dəqiqə çəkib, mətbuat katibi üç jurnalistin suallarına təqribən beş dəqiqə cavab verib.
O, brifinqin qısa olmasını Alyaskaya səfərə hazırlaşan Donald Trampın iş qrafiki ilə izah edib. Lakin telekanalın məlumatına görə, prezidentin yola düşməsi vaxt baxımından brifinqlə üst-üstə düşməyib.
Tramp özü Zakariyanı tənqid etməyib və jurnalistlərə onun ilk brifinqi "çox yaxşı" keçirdiyini bildirib.   ///report///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑