Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya son bir saat ərzində ölkə üzərində dörd qanadlı raket və iki dronu məhv edib.
Axar.az xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı koalisiyasının sözçüsü Turki əl-Maliki deyib.
"Ər-Riyadda və cənub bölgəsində dörd qanadlı raket və iki dron məhv edilib”, - deyə o bildirib.





