Dünya · Trend.az

1. ABŞ “Bank of America”nı 1,21 milyard dollar cərimələyib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
1. ABŞ “Bank of America”nı 1,21 milyard dollar cərimələyib xəbəri üçün şəkil

Bakı. Trend:

ABŞ Maliyyə Nazirliyi çirkli pulların yuyulmasına qarşı mübarizə tədbirlərinin görülməməsi və sanksiyaların pozulması ittihamları ilə “Bank of America”nı 1,21 milyard dollar məbləğində cərimələyib.

Nazirliyin mətbuat xidmətinin oktyabrın 13-də yaydığı bəyanata əsasən, ABŞ federal hökuməti “bankın milli təhlükəsizlik təhdidlərini azaltmaq iqtidarında olmaması ilə əlaqədar 1,2 milyard dollar məbləğində cərimə tətbiq edib”. Sənəddə “Çin şəbəkələri”nə aid edilən çirkli pulların yuyulması və qanunsuz maliyyə əməliyyatlarından bəhs olunur.

“Bank of America” çirkli pulların yuyulmasına qarşı mübarizəni nəzərdə tutan federal qanunların tələblərinə əməl etmədiyinə görə əlavə 750 milyon dollar da ödəməli olacaq.

ABŞ Maliyyə Nazirliyinin bəyanatında qeyd olunur ki, bank ümumilikdə təxminən 5 milyard dollar məbləğində çirkli pulların yuyulması hallarının qarşısını almayıb və bu barədə ABŞ hakimiyyət orqanlarına məlumat verməyib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑