"SpeysX"in səhmlərinin ucuzlaşması səbəbindən İlon Maskın xalis sərvəti təxminən 28,6 milyard dollar azalaraq 1 trilyon dollardan aşağı düşüb.
Axar.az xəbər verir ki, bu barədə "Forbes" jurnalı məlumat yayıb.
Hazırda onun sərvəti 977,2 milyard dollar olaraq qiymətləndirilir.
Qeyd edək ki, 12 iyunda Mask "SpeysX"in Nasdaq birjasındakı mövqeyindən sonra dünyanın ilk trilyoneri olub. Lakin bir neçə gün sonra "SpeysX" və "Tesla"nın səhmlərinin düşməsi səbəbindən bu statusunu itirib.
5 oktyabrda "Tesla" və "SpaceX"in səhm qiymətlərinin artması fonunda onun xalis sərvəti yenidən 1 trilyon dolları keçmişdi.



