Dünya · Yeni Çağ

Regionda səngiməyən gərginlik: “ABŞ və İsrail İrana yenidən genişmiqyaslı zərbələr endirə bilər” - Yeni Çağ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Regionda səngiməyən gərginlik: “ABŞ və İsrail İrana yenidən genişmiqyaslı zərbələr endirə bilər” - Yeni Çağ xəbəri üçün şəkil

“ABŞ və İran arasında aparılan diplomatik danışıqlar nəticə vermir”.

Bunu ABŞ və İran arasında yaxınlaşmaqda olan hərbi münaqişə barədə danışan politoloq Məhəmməd Əsədullazadə Yenicag.az-a açıqlamasında bildirib.media-mehemmedesedullazade1

O bildirib ki, ABŞ və İran arasında davam edən, məxfi kanallar və vasitəçilər üzərindən aparılan danışıqlar, eləcə də tərəflərin bir-birinə təqdim etdiyi təkliflər paketi, demək olar ki, nəticəsiz başa çatmaq üzrədir:

“Qətər də ötən gün İrana ABŞ-nin təkliflərini çatdırıb, lakin Tehran bu təklifləri qəbul etməyib.

Bunun ardınca ABŞ ötən gecə saatlarında İranın hava hücumundan müdafiə sistemlərinə zərbələr endirib. Eyni zamanda, Vaşinqton “Patriot” hava hücumundan müdafiə sistemlərini İsrailə göndərir, İran ətrafına isə amfibiya desant gəmiləri və esmineslər yerləşdirir. Bütün bunlar İrana qarşı hərbi kampaniyanın yenidən başlaması ehtimalını gündəmə gətirir”.

Politoloq qeyd edib ki, bütün diplomatik kanallar artıq tıxanıb:

“Görünən odur ki, aparılan diplomatik danışıqlar nəticə vermir. Çünki İran nüvə proqramından imtina etmək, eləcə də nüvə materiallarını üçüncü ölkəyə, o cümlədən Pakistan və ya Rusiyaya təhvil vermək təkliflərini qəbul etmir. Beləliklə, proses artıq diplomatik dalana dirənib.

Noyabrın 3-dən sonra İsrail və ABŞ-nin İrana qarşı hərbi əməliyyatları yenidən başlatması ehtimalı müzakirə olunur. Əgər belə bir ssenari reallaşarsa, bu, regionda genişmiqyaslı eskalasiyaya səbəb ola bilər. İranın da Körfəz ölkələrindəki ABŞ hərbi bazalarına və digər Amerika hərbi obyektlərinə qarşı hücumlar təşkil etməsi mümkündür.

Lakin nəzərə almaq lazımdır ki, hərbi kampaniya başlayacağı təqdirdə, ABŞ və İsrail İranın hərbi və strateji infrastrukturunu genişmiqyaslı zərbələrə məruz qoya bilər. Bu isə münaqişənin daha geniş coğrafiyaya yayılması riskini artırır.

Ümumilikdə, proses bu istiqamətdə inkişaf edir. Tramp administrasiyası İran məsələsinə son qoymağa və mövcud böhranı öz şərtləri çərçivəsində həll etməyə çalışır. Ancaq diplomatik danışıqların nəticəsiz qalması hərbi qarşıdurma ehtimalını yenidən gündəmə gətirir”.

Nurlan Cəfəri

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑