BAKI, 30 oktyabr. TELEQRAF
Ermənistandakı Amerika səfirliyinin işçi heyəti 2500-3000 nəfərdən ibarətdir.
Teleqraf xəbər verir ki, bunu "RİA Novosti"yə müsahibəsində Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov bildirib.
"Kiçik Ermənistan üçün bu necədir? Bilmirəm, bəlkə də Ermənistan çox gözəl bir ölkədir, oradakı mətbəx çox yaxşıdır, bəlkə də Amerika vətəndaşları orada yaşamağı və işləməyi sevirlər. Bəlkə də buna görədir və bəlkə də başqa bir səbəbdən", - deyə o istehza ilə qeyd edib.
.jpg)



