Dünya · Azxeber.com

Yenidən komendant saatı elan edildi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Yenidən komendant saatı elan edildi xəbəri üçün şəkil
Parisdə komendant saatı yenidən tətbiq olunub.
AZXEBER.COM "qafqazinfo”-ya istinadən xəbər verir ki, Paris Polis Prefekturası paytaxtın mərkəzi hissəsində gecə saatlarında komendant saatı tətbiq etmək qərarı verib.
"Le Parisien” nəşrinin məlumatına görə, məhdudiyyət oktyabrın 31-dən noyabrın 1-nə keçən gecə, eləcə də noyabrın 1-dən 2-nə keçən gecə saat 23:00-dan səhər 06:00-dək qüvvədə olacaq.
Qərar Respublika meydanının ərazisinə və Şatle rayonunda yerləşən "Canopée des Halles” ətrafına şamil ediləcək.
Bununla da bir neçə gün əvvəl qüvvədən düşmüş komendant saatı iki gecəlik yenidən tətbiq olunacaq.
Qeyd olunur ki, məhdudiyyət həmin ərazilərdə yaşayan, bunu təsdiq edən sənədi olan şəxslərə, iş səbəbindən həmin ərazidən keçməli olan əməkdaşlara və dövlət xidmətlərinin nümayəndələrinə şamil edilməyəcək.
Xatırladaq ki, oktyabrın 17-18-də yaşayış xərclərinin artmasına qarşı keçirilən etiraz aksiyaları zamanı baş verən iğtişaşlar və qarətlərdən sonra Parisdə komendant saatı tətbiq edilmişdi.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑