Dünya · Axar.az

Polşada gərginlik: polis Konstitusiya binasına girdi - Video

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Polşada gərginlik: polis Konstitusiya binasına girdi - Video xəbəri üçün şəkil

Polşada Konstitusiya Tribunalının binasına polisin daxil olması ölkədə siyasi mübahisələrə səbəb olub.

Axar.az TodayPress TV-yə istinadla xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlara əsasən, Baş nazir Donald Tusk hökumətinin göstərişi ilə hərəkət etdiyi iddia olunan polis əməkdaşları Konstitusiya Tribunalının binasına daxil olublar.

İddialara görə, binanın və Tribunalın sənədlərinin mühafizəsini həyata keçirən təhlükəsizlik əməkdaşları ərazidən uzaqlaşdırılıb. Həmçinin Tribunal sədrinin müavininin binaya daxil olmasına icazə verilmədiyi bildirilir.

Hadisəni tənqid edənlər baş verənləri məhkəmə hakimiyyətinin müstəqilliyinə müdaxilə və demokratik prinsiplərin pozulması kimi qiymətləndirirlər.

Polşa mətbuatının məlumatına görə, oktyabrın 30-da Varşava polisi Konstitusiya Tribunalının ərazisində təhlükəsizlik tədbirləri həyata keçirib. Polis bildirib ki, müdaxiləyə səbəb hakimlərdən birinin əməkdaşların həyat və sağlamlığına mümkün təhlükə barədə müraciəti olub.

Hüquq-mühafizə orqanları binaya zorla daxil olmaları və mühafizəçiləri uzaqlaşdırmaları barədə yayılan iddiaları təkzib ediblər. Polis əməkdaşlarının Tribunalın binasının daxilində olmadığı açıqlanıb.

Hadisə zamanı hasarı aşaraq Tribunalın ərazisinə daxil olan üç nəfər saxlanılıb.

Polşa Prezidenti Karol Navrotski isə yaranmış vəziyyətlə əlaqədar Seneqala səfərini yarımçıq dayandıraraq ölkəyə qayıtmaq qərarı verib.

Qeyd edək ki, Polşada Konstitusiya Tribunalı ətrafında gərginlik oktyabrın ortalarından davam edir. Mübahisələrin əsas səbəblərindən biri hakimlərin təyin olunması və andiçmə proseduru ilə bağlı hökumətlə prezident arasında yaranmış fikir ayrılığıdır.

Oktyabrın 16-da prokurorluq əməkdaşları da polis müşayiəti ilə Tribunalın binasına gələrək araşdırma çərçivəsində sənədləri və müşahidə kameralarının görüntülərini əldə ediblər. Tribunal rəhbərliyi həmin müdaxiləni qanunsuz hesab etsə də, tələb olunan materialları könüllü təqdim edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑