Dünya · Globalinfo.az

ABŞ bu ölkədən təcili təxliyə əməliyyatına başladı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ bu ölkədən təcili təxliyə əməliyyatına başladı xəbəri üçün şəkil

ABŞ təhlükəsizlik təhdidləri ilə əlaqədar Səudiyyə Ərəbistanındakı diplomatlarının bir hissəsini və səfirlik əməkdaşlarının ailə üzvlərini ölkədən çıxarır.

Globalinfo.Az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Məlumata görə, 23 oktyabr 2026-cı il tarixindən etibarən ABŞ hökumətinin vacib vəzifələrdə çalışmayan əməkdaşlarına və onların ailə üzvlərinə Səudiyyə Ərəbistanını tərk etmək göstərişi verilib.

Dövlət Departamenti buna səbəb kimi İranın dəstəklədiyi husilərin Səudiyyə Ərəbistanına qarşı hücumlarını, o cümlədən mülki hava limanlarına və mühüm infrastruktura zərbələr endirməsini göstərib. Bildirilib ki, münaqişənin daha geniş ərazilərə yayılması ehtimalı var.

ABŞ vətəndaşlarına mümkün raket və dron hücumları, hava məkanının bağlanması və uçuşların ləğvi ilə bağlı xəbərdarlıq edilib. Həmçinin onlara raketdən müdafiə sistemlərinin, dronların və onların düşdüyü ərazilərin foto və videolarını çəkməmək, paylaşmamaq tövsiyə olunub. Bu qaydaları pozan bəzi ABŞ vətəndaşlarının daha əvvəl saxlanıldığı bildirilib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑