Dünya · Konkret.az

İlon Mask və “Binance” qurucusu arasında | KONKRET

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İlon Mask və “Binance” qurucusu arasında | KONKRET xəbəri üçün şəkil

“Binance” kriptobirjasının qurucusu Çanpen Çjao amerikalı iş adamı və milyarder İlon Maskın “X” sosial şəbəkəsindəki reaksiyasından sonra 1 milyard dollardan çox dəyəri olan “SpaceX” səhmlərini satmaq ehtimalına eyham vurub.

KONKRET.az bu barədə RBC-ya istinadən xəbər verir.

Məlumata görə, Mask 2022-ci ildə müflis olmuş FTX birjasının qurucusu Sem Benkman-Fridin zərərləri kompensasiya etmək vədinə dair paylaşımın altında emoji ilə reaksiya verib. Mask “Binance” şirkətinin böyük haker hücumu ilə bağlı xəbərlərə “Hər gün sıfır gündür” ifadəsi ilə cavab verib.

Çjao isə buna cavab olaraq Maskdan hazırkı vəziyyətdə istehza xarakterli reaksiyalardan çəkinməyi xahiş edib.

O bildirib ki, “Binance”in elektron pulqabılarından hakerlər tərəfindən 6 milyard dollardan çox kriptovalyuta oğurlanıb və şirkət bu zərəri qarşılamaq üçün vəsait tapmalıdır.

“İlon, sənə böyük hörmətim var, amma indi zarafat etmək üçün münasib vaxt deyil. Xahiş edirəm, bunu dayandır. Sənin “Twitter”i satın almağına 500 milyon dollarlıq investisiyamızdan əldə etdiyimiz SPCX səhmlərinin dəyəri 1 milyard dolları ötüb. Bir qədər dəstək göstərməyini yüksək qiymətləndirərdik. Təşəkkürlər!” – deyə Çjao yazıb.

O, ilkin hesablamalara görə, oğurlanmış 6 milyard dolların 3 milyard dollarlıq hissəsinin artıq dondurulduğunu, daha 1 milyard dolların isə birjanın SAFU təhlükəsizlik fondunda olduğunu bildirib.

Beləliklə, çatışmayan vəsaitin təxminən 2 milyard dollar təşkil etdiyini deyən Çjao bu məbləğin ciddi olsa da, idarəolunan olduğunu vurğulayıb. Onun sözlərinə görə, “Binance”in yalnız SPCX səhmlərindəki aktivlərinin dəyəri 1 milyard dollardan çoxdur.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑