Dünya · Axar.az

Husilər prezident sarayına zərbələr endirdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Husilər prezident sarayına zərbələr endirdi xəbəri üçün şəkil

Yəməndəki üsyançı husilər ölkənin müvəqqəti paytaxtı Ədən şəhərindəki beynəlxalq hava limanına və Əl-Maaşiq prezident sarayına ballistik raketlərlə hücum edib.

Axar.az xəbər verir ki, bu barədə Yəmən Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi, polkovnik Məcid ən-Nuzeyli məlumat yayıb.

Ordu nümayəndəsi, həmçinin üsyançılara qarşı həyata keçirilən "Yəmənin Şəfəqi" hərbi əməliyyatı çərçivəsində hökumət qüvvələrinin 1087 uğurlu əməliyyat keçirdiyini bildirib.

Qeyd olunub ki, əməliyyatlar zamanı husilərin ön komanda məntəqələrinə, qüvvələrinin cəmləşdiyi ərazilərə və ehtiyat bölmələrinə döyüş təyyarələri, pilotsuz uçuş aparatları və artilleriya vasitəsilə zərbələr endirilib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑