Dünya · Publika.az

Polşada siyasi qarşıdurma: Baş nazir dövlət çevrilişinə cəhddə ittiham olundu - Prezident səfərini yarımçıq saxladı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Polşada siyasi qarşıdurma: Baş nazir dövlət çevrilişinə cəhddə ittiham olundu - Prezident səfərini yarımçıq saxladı xəbəri üçün şəkil

Polşada Konstitusiya Tribunalı ətrafında yaranan siyasi qarşıdurma kəskinləşib. Seymin deputatları və müxalifət nümayəndələri Baş nazir Donald Tusku dövlət çevrilişinə cəhddə ittiham ediblər.

Publika.az xəbər verir ki, Varşavada polis qüvvələri Baş nazir Donald Tuskun göstərişi ilə Konstitusiya Tribunalının binasına daxil olub və binaya aparan yolları mühasirəyə alıb.

Qarşıdurma zamanı üç nəfər saxlanılıb.

Seym deputatlarının “X” sosial şəbəkəsində yaydıqları bəyanata görə, hökumət adından hərəkət edən qüvvələr qanunla təyin olunmuş hakimlərin və tribunal sədrinin müavininin iş yerlərinə daxil olmasına mane olublar. Həmçinin məhkəmə binasının rəsmi mühafizə xidməti vəzifəsindən kənarlaşdırılıb, ofislərdə axtarışlar aparılıb.

Hadisə zamanı Seneqalda rəsmi səfərdə olan Prezident Karol Navrotski səfərini yarımçıq dayandıraraq Varşavaya qayıtmaq qərarı verib. O, Donald Tusk hökumətini dövlət çevrilişinə cəhddə ittiham edib. Navrotski hakimiyyət orqanlarının bu addımı qəsdən onun ölkədə olmadığı vaxt atdığını iddia edib.

Qeyd edək ki, Polşanın Konstitusiya Tribunalı qəbul edilən qanunların ölkə Konstitusiyasına uyğunluğunu yoxlamaq və onları konstitusiyaya zidd hesab edərək ləğv etmək səlahiyyətinə malikdir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑