Dünya · Modern.az

Hərbi təlim zamanı üç hərbçi boğularaq öldü

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Hərbi təlim zamanı üç hərbçi boğularaq öldü
Hərbi təlim zamanı üç hərbçi boğularaq öldü

Uruqvayda keçirilən hərbi təlimlər zamanı üç hərbçi boğularaq ölüb, daha bir hərbçi isə xilas edilib.

Modern.az xəbər verir ki, bu barədə ölkənin Quru Qoşunlarının komandanlığı məlumat yayıb.

Bildirilib ki, hazırda araşdırılan texniki səbəblərdən bir qrup hərbçi naməlum obyektə ilişib. Bu, təcili tədbirlərin görülməsinə və əsas trosun kəsilməsinə səbəb olub.

Nəticədə dörd hərbçi suyun altında qalıb. Onlardan üçü həyatını itirib. Dördüncü hərbçi xilas edilib, ona reanimasiya tədbirləri göstərildikdən sonra yerli xəstəxanaya yerləşdirilib.

Hadisə Fray Bentos şəhəri yaxınlığında baş verib. Təlim çərçivəsində hərbçilər təlimatçıların müşayiəti ilə 2,5 kilometr məsafəni üzməli olublar. Quru Qoşunlarının məlumatına görə, hərbçilərin hamısı bir əsas trosa bərkidilmiş vəziyyətdə olub.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑