Dünya · Azxeber.com

“Zelenski Putinlə görüşmək istəyirsə, bura gəlsin” - Lavrov

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Zelenski Putinlə görüşmək istəyirsə, bura gəlsin” - Lavrov xəbəri üçün şəkil
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabi şəhərində keçirilməsi planlaşdırılan üçtərəfli danışıqların konkret tarixləri yalnız rəsmi təsdiqini tapdıqdan sonra elan ediləcək.
Bu barədə TASS agentliyinə Rusiya Xarici İşlər naziri Sergey Lavrov bildirib.
XİN rəhbəri özünün və ABŞ dövlət katibi Marko Rubionun bu görüşün hazırlanması prosesinə birbaşa cəlb olunmadığını qeyd edib:
"Danışıqlar öncəsi Rusiyanın mövqeyi dəyişməz olaraq qalır”.
Diplomat həmçinin avropalıların Moskva və Kiyev arasında aparılan sülh danışıqlarına müdaxilə etməyə çalışdıqlarını diqqətə çatdırıb:
"Əgər Avropa ölkələri danışıqlar prosesində yenidən iştirak etmək istəsələr, onların reputasiyası mütləq nəzərə alınacaq”.
Nazir eyni zamanda Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya lideri Vladimir Putinlə görüşmək istəyi məsələsinə də toxunub:
"Əgər Zelenski Putinlə görüşmək istəyirsə, Moskvaya gəlməlidir”.
Xatırladaq ki, oktyabrın 30-da Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Rusiya və ABŞ-nin Əbu-Dabi görüşünün dəqiq tarixini razılaşdırmağa başladıqlarını bəyan etmişdi.   ///qafqazinfo
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑