Dünya · Azxeber.com

Polşada Konstitusiya Tribunalının sədri və müavini vəzifələrindən kənarlaşdırılıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Polşada Konstitusiya Tribunalının sədri və müavini vəzifələrindən kənarlaşdırılıb xəbəri üçün şəkil
Polşada Konstitusiya Tribunalının sədri və müavini bir ay müddətinə vəzifələrindən kənarlaşdırılıb.
AZXEBER.COM Polşa Mətbuat Agentliyinə (PAP) istinadən xəbər verir ki, ölkənin Konstitusiya Tribunalının saytında qurumun sədri Boqdan Sventyçkovski və onun müavini Barтоş Soxanskinin bir ay müddətinə xidməti vəzifələrini icra etməkdən müvəqqəti kənarlaşdırılması barədə məlumat yerləşdirilib.
Bu müddətdə tribunala qurumda ən uzun iş stajına malik hakim Anna Korvin-Petrovskaya rəhbərlik edəcək.
Məlumata görə, qərarın qəbul edilməsinə səbəb kimi, digər məsələlərlə yanaşı, sədr və müavinin parlament tərəfindən seçilmiş bütün hakimlərin iştirakı ilə tribunal hakimlərinin ümumi iclasının çağırılmasına mane olan hərəkətləri, eləcə də məhkəmə tərkiblərinin formalaşdırılması zamanı yol verilən pozuntular göstərilib.
"Polsat" telekanalının məlumatına görə, bu xəbərlərdən sonra məhkəmə binasının qarşısına çoxsaylı etirazçılar toplaşıb. Daha sonra polis əraziyə daxil olub.
Varşava polisinin mətbuat xidmətindən bildirilib ki, baş prokuror Valdemar Jurek davam edən etirazlarla əlaqədar Konstitusiya Tribunalının təhlükəsizliyinə "xüsusi diqqət yetirilməsi" xahişi ilə müraciət edib.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑