Dünya · Azxeber.com

Bu ölkə ikinci paytaxtını seçəcək

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bu ölkə ikinci paytaxtını seçəcək xəbəri üçün şəkil
Yaponiyada Tokionun əsas funksiyalarını zərurət yarandıqda yerinə yetirəcək "ikinci paytaxt”ın müəyyənləşdirilməsini nəzərdə tutan qanun qüvvəyə minib.
AZXEBER.COM modern.az-a istinadən xəbər verir ki, "Kyodo” agentliyinin məlumatına görə, yeni qanun müəyyən meyarlara cavab verən prefekturalara bu status üçün müraciət etmək imkanı yaradır.
Mümkün namizədlər arasında Hokkaydo, Ayti, Osaka və Fukuoka var. Qanun alternativ paytaxtların sayını birlə məhdudlaşdırmır. Buna görə də bir neçə bölgəyə bu status verilə bilər.
Məqsəd irimiqyaslı təbii fəlakət zamanı dövlət və ictimai institutların fəaliyyətinin fasiləsizliyini təmin etmək, iqtisadi fəaliyyətin Tokioda həddindən artıq cəmləşməsini azaltmaqdır.
Alternativ paytaxt statusu alan bölgələrdə özəl investisiyaları cəlb etmək üçün vergi güzəştləri və tənzimləmə sahəsində sadələşdirmələr nəzərdə tutulur.
Hökumətin noyabrda seçim prosesinin əsas prinsiplərini və təqvimini açıqlayacağı gözlənilir.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑