Dünya · Azxeber.com

Rubio Səudiyyə Ərəbistanının XİN rəhbəri ilə İrandakı vəziyyəti müzakirə edib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rubio Səudiyyə Ərəbistanının XİN rəhbəri ilə İrandakı vəziyyəti müzakirə edib xəbəri üçün şəkil
ABŞ dövlət katibi Marko Rubio Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Al Səudla görüş keçirib.
AZXEBER.COM xəbər verir ki, bu barədə Rubio sosial şəbəkə hesabında məlumat verib.
Atlantada keçirilən görüşdə tərəflər İran, Sudan və Yəməndəki vəziyyəti müzakirə ediblər.
Rubio bildirib ki, görüş çərçivəsində ABŞ-nin Ər-Riyadda keçiriləcək "Expo 2030" sərgisində iştirakına dair müqavilə də imzalanıb.
Onun sözlərinə görə, sərgi ABŞ innovasiyalarının nümayişi və ölkənin biznes əlaqələrinin genişləndirilməsi baxımından mühüm platforma olacaq.
Qeyd edək ki, bundan əvvəl ABŞ Dövlət Departamenti təhlükəsizlik təhdidləri ilə əlaqədar Səudiyyə Ərəbistanındakı səfirliyinin bəzi əməkdaşlarını və onların ailə üzvlərini ölkədən çıxarmaq barədə qərar qəbul edib.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑