Dünya · News24.az

Polşada gərginlik: Prezident təcili iclas çağırdı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Polşada gərginlik: Prezident təcili iclas çağırdı xəbəri üçün şəkil

Polşanın paytaxtı Varşavada Konstitusiya Məhkəməsi ətrafında yaranmış münaqişə daha da kəskinləşib.

News24.az xəbər verir ki, oktyabrın 30-da axşam saatlarında qurumun binası qarşısında etirazçılar toplaşıblar.

Bir neçə nəfər binaya daxil olmağa cəhd edib. Polis qayda pozanları saxlayıb və ərazidə təhlükəsizlik tədbirlərini gücləndirib.

Bundan sonra polis əməkdaşlarına müxtəlif əşyalar atılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları əraziyə əlavə qüvvələr cəlb etməyə başlayıblar. Həmin vaxt Konstitusiya Məhkəməsinin sədri Boqdan Svençkovski də binaya daxil ola bilməyib.

Polşa Prezidenti Karol Navrotski Konstitusiya Məhkəməsinin sədri və digər hakimlərlə təcili müşavirə çağırıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları səsgücləndiricilər vasitəsilə jurnalistlərə, deputatlara və mühafizə olunan şəxslərə ərazidən kənara çəkilmək barədə çağırış edirlər.

Polşa paytaxtına əlavə qüvvələrin də cəlb olunduğu deyilir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑