Dünya · Globalinfo.az

Trampın arzuladığı Nobel mükafatını Melaniya ala bilər

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Trampın arzuladığı Nobel mükafatını Melaniya ala bilər xəbəri üçün şəkil

Ukraynanın işğal altında olan Oleşki şəhərində humanitar atəşkəslə bağlı razılaşmanın əldə olunmasında vasitəçilik edən ABŞ-ın birinci xanımı Melaniya Tramp həyat yoldaşı Donald Trampın arzuladığı Nobel Sülh Mükafatına ondan daha yaxındır.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə hərbi ekspert Hemiş de Bretton-Qordon “The Telegraph”da dərc olunan məqaləsində yazıb.

Müəllif xatırladıb ki, Melaniya humanitar missiyanın həyata keçirilməsini təmin etmək üçün Rusiya və Ukrayna rəsmiləri ilə birbaşa işləyib. Qeyd edilib ki, bu, onun müharibə zamanı Rusiyaya aparılan ukraynalı uşaqların geri qaytarılması istiqamətində əvvəlki səylərinin davamı olub.

“Prezident və müharibə naziri Pit Heqset müharibə ritorikasına və hərbi güc nümayişinə üstünlük verdiyi vaxtda birinci xanım sakit şəkildə tamamilə fərqli işlə məşğuldur – Rusiya və Ukraynanı danışıqlar masasına gətirən humanitar diplomatiya ilə”, – Bretton-Qordon qeyd edib.

Müəllif əldə olunan razılaşmanı mühüm humanitar nailiyyət hesab edir. Bretton-Qordonun fikrincə, buna görə Nobel Sülh Mükafatı namizədliyinə Donald Tramp yox, məhv Melaniya layiqdir:

“Əgər Melaniya gələn il Osloda Nobel Sülh Mükafatına namizəd kimi nəzərdən keçirilsə, bu, çoxlarının xoşuna gələcəyini düşündüyüm ironiya olardı. Onun həyat yoldaşı bu mükafatı almaq arzusunu gizlətməyib. Bəlkə də Melaniyanın evə gətirə biləcəyi ən böyük mükafat daha dəyərli bir şey olardı: prezidentə sülhün şəxsi şöhrət deyil, insanlıq məsələsi olduğunu öyrətmək”.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑