Dünya · Banker.az

ABŞ-nin İranla müharibəyə xərclədiyi vəsait 47,1 milyard dollara çatıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ-nin İranla müharibəyə xərclədiyi vəsait 47,1 milyard dollara çatıb xəbəri üçün şəkil

ABŞ-nin İranla müharibəyə çəkdiyi xərclər oktyabrın 16-dək 47,1 milyard dollara çatıb.

Bu barədə “The Wall Street Journal” Pentaqon sənədlərinə istinadən məlumat yayıb.

Məlumata görə, bu məbləğin təxminən 29 milyard dolları istifadə edilmiş sursatların və raketlərin bərpasına, 6,1 milyard dolları isə itirilmiş hərbi texnika və avadanlıqların bərpasına yönəldiləcək.

Hərbi əməliyyatların birbaşa xərcləri təxminən 11,9 milyard dollar təşkil edib. Bu rəqəmlər ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına dəyən zərərin bərpası xərclərini əhatə etmir.

Qeyd edək ki, Pentaqon müharibə ilə bağlı əlavə xərclərin qarşılanması üçün Konqresdən 67 milyard dollar vəsait istəyib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑