Dünya · Milli.az

Polşada gərginlik pik həddə - Prezident təcili iclas çağırdı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Polşada gərginlik pik həddə -  Prezident təcili iclas çağırdı xəbəri üçün şəkil

Polşa prezidenti Karol Navrotski ölkənin Konstitusiya Məhkəməsində yaranmış vəziyyətin həlli məqsədilə bütün siyasi qüvvələrin iştirakı ilə təcili müşavirə çağırıb.

Milli.Az APA-ya istinadən bildirir ki,  bununla yanaşı, Polşa prezidentinin konstitusiya böhranı fonunda gəldiyi məhkəmə binasını hələ tərk etmədiyi bildirilir.

***

Polşa Konstitusiya Məhkəməsinin qarşısında toqquşmalar davam edir.

Əksəriyyəti sərxoş olan etirazçılar polis kordonunu keçməyə çalışırlar.

***

Polşa prezidenti Karol Navrotski ölkədə Konstitusiya Məhkəməsi ətrafında yaranmış böhranla əlaqədar Seneqala səfərini yarımçıq dayandıraraq Varşavaya qayıdıb.

Prezident paytaxta çatdıqdan sonra Prezident Sarayında Konstitusiya Məhkəməsinin sədri Boqdan Şvençkovski və Ali Məhkəmənin sədri Zbiqnev Kapinski ilə görüş keçirib.

Görüşdə hansı məsələlərin müzakirə olunduğu barədə məlumat verilməyib.

Qeyd edək ki, bundan əvvəl hakim Anna Korvin-Piotrovska Şvençkovskinin vəzifələrinin icrasını bir ay müddətinə dayandırdığını elan edib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑